Dünyanın ən yaşlı qadını vəfat edib

21:59 02.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən yaşlı qadını vəfat edib.

Hafta.az xəbər verir ki, Keyn Tanaka adlı yapon qadının 119 yaşı tamam olub. O, Fukuoka prefekturasında qocalar evində yaşayır. Pandemiya üzündən onun qohumları ilə görüşmək imkanı olmayıb.

Keyn Tanaka 1903-cü ildə anadan olub. İkinci Dünya Müharibəsi zamanı əri və böyük oğlunu itirib. Qadın bütün həyatı boyu mağazada satıcı çalışıb. XX əsrin 70-ci illərində o, təqaüdə çıxıb və bir neçə dəfə ABŞ-a səfər edib, 2005-ci ildən isə qocalar evində yaşayır.