Rusiya-Ukrayna müharibəsinin 100-cü günündə Ukrayna prezidenti Vladimir Zelenski “Biz dünyanın ikinci ən böyük ordusunu dayandırdıq” deyib.
Hafta.az bildirir ki, Rusiya-Ukrayna müharibəsinin 100-cü günündə davam etdiyi bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski yeni açıqlama verib.
Rusiyanın hücumlarını davam etdirdiyi 100 gündə heç bir hədəfinə çata bilmədiyini ifadə edən Zelenski, "Mübarizəmizin 100-cü günü. 100 gündür qorxutmayan bir ruh. Bu müddət ərzində düşmən istədiyi strateji hədəflərə nail ola bilmədi. Yenə də zəifliyini mülki infrastruktura və insanlara yönəltdi. Bu 100 günlük müddətdə "Ukrayna heç kimin inanmayacağını etdi. Biz dünyanın ikinci ən böyük ordusunu dayandırdıq. Torpaqlarımızın bir hissəsini geri aldıq və düşməni dəf etməyə davam edirik. Ukraynanı ayaqda saxlayan və onu müdafiə edən hər kəsə təşəkkür edirəm. Qələbə bizimdir”.