Dünyanın tıxacdan ən çox əziyyət çəkən şəhərləri

09:43 31.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük şəhərlərdə tıxac problemi hər zaman yerli sakinlərin baş bəlası olub.

Hafta.az-ın yazdığına görə, “Traffic Index” bu sahədə vəziyyətin ən pis olduğu dünya şəhərlərinin siyahısını dərc edib.

Siyahıda vəziyyətin daha dözülməz olduğu ilk 10 şəhər aşağıdakılardır:

1.Paris, 2. London, 3. Nyu York, 4. Sankt-Peterburq, 5. Mexiko, 6. Yeni Dehli, 7.Dublin, 8. Moskva, 9. Lima, 10. San Paulo.

Qeyd edək ki, İstanbul siyahıda 25-ci, Ankara isə 37-ci pillədə qərarlaşıb.

Siyahı 25 aprel – 25 may tarixləri arasında qalan bir ayın məlumatları əsasında hazırlanıb.