Əcnəbilərdən alınan şirkətlər yenidən satılır

10:53 29.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya bazarından çıxan əcnəbilərin aktivlərini ələ keçirən yerli şirkətlər onları yenidən satmağa hazırlaşır.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, səbəblər arasında idarəetmədə çətinliklər, milliləşdirmə riski və pul qazanmaq istəyi var.

“Cbonds” konqresində çıxış edən Kesarev Consulting-dən Vilatli Jiqulin bildirib ki, xarici şirkətləri ələ keçirmiş Rusiya şirkətləri KPI adlanan əsas performans göstəricilərinin öhdəsindən gələ bilmirlər.

M&A-dan Aleksandr Rudyakov da bildirir ki, onlar hələlik tək-tük satışlara başlayıblar, lakin satılan şirkətlərin sayı bir neçə ildən sonra artacaq.

“Kept”dən Olqa Yaskova da Rudyakovla eyni fikirdədir. Yaskova bildirir ki, əvvəlki təcrübələr işığında xaricilərdən alınan aktivlər üçün "ikinci əl" bazarın yaranmasını gözləyirlər.

AK&M-in məlumatına görə, 2023-cü ildə Rusiya şirkətləri ilə bazardan çıxan xarici şirkətlər arasında 11,14 milyard dollar dəyərində 97 müqavilə imzalanıb. 2022-ci ildə əl dəyişdirən aktivlərin həcmi 16,31 milyard dollardır.