Efiopiya Prezidenti başsağlığı verdi

12:22 28.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Efiopiya Prezidenti Taye Atske Sellasie Prezident İlham Əliyevə başsağlığı verib.

HHafta.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Faciəvi təyyarə qəzası nəticəsində insan tələfatı barədə xəbəri dərin hüzn və kədərlə qarşıladıq.

Efiopiya Federativ Demokratik Respublikasının hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan xalqına və hökumətinə, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi qəzada yaralananların tezliklə və tam sağalmasını diləyirəm.

Efiopiya bu çətin zamanda Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu bildirir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.