Əfqanıstanda məvaciblər buğda ilə ödəniləcək

13:59 25.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstandakı "Taliban" hökuməti yeni dövlət proqramını təqdim edib.

Hafta.az oxu.az-a istinadən xəbər verir ki, təqdimat mərasiminə yüksək rütbəli rəsmilər qatılıb.

Bildirilib ki, proqram çərçivəsində 40 min sakin işlə təmin ediləcək. Onların məvacibi isə natural şəkildə - buğda ilə ödəniləcək.

Hökumət nümayəndələri bu məqsədlə 65 min ton buğdanın ayrıldığını bildiriblər.