Əlcəzair prezidenti Əbdülməcid Tebbun 7 naziri vəzifəsindən azad edib

12:40 17.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun, xarici işlər naziri Ramtane Lamamra, maliyyə naziri Camal Kesali, ticarət və ixracın təşviqi naziri Kamal Rezik, sənaye naziri Əhməd Zaqdar və ətraf mühit naziri Semira Movalfi, nəqliyyat naziri Kemal Belcud və gənclər və idman naziri Abdurəzzak Sebgegi vəzifəsindən azad etməklə hökumətdə islahatlara start verib.

Hafta.az-ın Şarkul Avsat-a istinadən ayzdığına görə, boş qalan nazir postlarına yeniləri təyin olunub. 24 il əvvəl Xarici İşlər Nazirliyindən ayrılan və indi işinə qayıdan Ahmed Atıf, Əziz Fayet, iqtidara yaxın olan Demokratik Milli Birlik Partiyasının sədri Tayyib Zeytuni, əczaçılıq sənayesi naziri Əli Avn, Əmək Nazirliyindən ayrılan Faizə Dahlab, Yusuf Şerfe və Əbdürrəhman Hammad iqtidar postlarına təyin olunan yeni nazirlərdir.

Lamamranın bir sıra mühüm diplomatik fəaliyyətlərdə iştirak etməməsi diqqəti cəlb edirdi ki, bunlardan ən sonuncusu Avropa İttifaqının (Aİ) Xarici Siyasət Nümayəndəsi Cozep Borrelin səfəri idi. Onun yerini Xarici İşlər Nazirliyinin baş katibi Əmmar Balani tutub. Siyasi mənbələrə görə, Prezident sarayı daha əvvəl mərhum prezident Əbdüləziz Buteflikanın dövründə eyni vəzifəni iki dəfə tərk etmiş Lamamranın istədiyi yeni səfirlərin adlarını rədd etdiyi üçün Lamamra ilə Tebbun arasında münasibətlər son vaxtlar pisləşib.

Ticarət naziri Rezik isə 3 il əvvəl vəzifəyə gəldikdən sonra söz verdiyi və aradan qaldıra bilmədiyi ərzaq qıtlığı böhranından təsirləndi. Tebbunun istədiyi "iqtisadi yüksəliş"ə nail olmaq üçün arxalandığı sənaye sektorunu dirçəltmək planının cüzi nəticəsini nəzərə alsaq, Zaqdarın Sənaye Nazirliyini tərk etməsi müşahidəçilər üçün təəccüblü deyildi.

Son aylar neft və təbii qaz gəlirlərindəki artım sayəsində maliyyə göstəricilərinin yaxşılaşdığını nəzərə alsaq, prezidenti maliyyə naziri Kesalidən imtina etməyə vadar edən səbəblər isə məlum deyil.

Hökumət dəyişikliyi president Tebbunun etibar etdiyi nazirlərin postunu qoruyub. Bunlardan ən mühümləri daxili işlər naziri İbrahim Murad, energetika və mədən naziri Məhəmməd Arkab və ədliyyə naziri Rəşid Təbbidir. Sosial Sığorta Fondunun baş meneceri əmək naziri kimi hökumət aparatına daxil olub.

Əlcəzairdə hökumət dəyişikliyi artıq üç həftədir ki, gözlənilirdi. Tebbun hökumətin bir çox məsələ ilə məşğul olduğu sürətdən həqiqətən qəzəbli idi. Prezidentin "idxal ödənişinin aşağı salınmasının vətəndaşların ehtiyacları hesabına həyata keçirilmədiyini" ifadə etdiyi çıxışına toxunan APS, ölkənin "son aylar bazarda dalğalanmaların və çatışmazlıqların şahidi olduğunu, qüeyd edib. Agentlik onu da bildirib ki, Prezidentin qərarlarını və çıxışlarını nazirlərin yanlış şərh etmələri səbəbindən dövlət başçısı ilə hökumət arasında açıq-aşkar anlaşılmazlıq yaranmışdı. Çünki prezident dövlətin nüfuzundan danışanda bəziləri avtoritarizmi, milli məhsulun qorunmasını vurğulayanda isə bəziləri proteksionizmi başa düşüb. Hansı ki, prezident heç vaxt qanunsuz tikililərin sökülməsinə göstəriş verməyib. Əksinə bunun gələcəkdə təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini istəyib.