Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı ilə söhbət edib

13:34 12.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib.

Nazirlər Kabinetindən hafta.az-a bildirilib ki, söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Neçirvan Bərzani arasında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, bunun əlaqələrin inkişafına xidmət etdiyi bildirilib. Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.