Əli Əsədov rusiyalı həmkarına başsağlığı verib

12:34 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinütindən hafta.az-a verilən məlumata görə, Baş nazir Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.