Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib

15:33 10.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Hafta.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Elnur Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

Bu Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.