Əmanətlərin tam sığortalanması müddəti 9 ay uzadılıb - Fərman

16:26 25.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” imzalayıb.

Sənəddə Qanunun 3-cü maddəsində dəyişiklik olunub. Dəyişikliyə əsasən, əmanətlərin tam sığortalanması müddəti 9 ay uzadılıb.

Qeyd edək ki, əmanətlərin tam sığortalanması bu il martın 4-dək olan müddəti əhatə edirdi.