Sülh müqaviləsinin imzalanması şərti ilə bu məsələlər məqsədəmüvafiqdir və təqdir olunandır. Əgər ermənilər bizə düşmənçilik edirsə onların ölkə daxilinə edəcəyi hər hansı səfərlər də xeyir məqsədi güdməz.
Bu fikirləri hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, slh müqaviləsi bağlanarsa Azərbayacanlılar öz torpaqlarına getməlidir, ermənilər də gəlib Azərbaycanın necə inkişaf etdiyini görməlidirlər.
S.Cəlaloğlu hesab edir ki, azərbayacanlıların özlərinin dədə-baba torpaqları olan və hazırda Ermənistan ərazisi daxilində qalan torpaqlara səfərlərinin təşkili daha məqsədəuyğun olar. Onun fikrincə, bu səfərlərin təşkili ilə bağlı təklifləri məhz o yerlərdən qovulmuş azərbaycanlılar özləri verməlidirlər.
“Yəqin ki, bu gün Sumqayıta gəlmək istəyənlər, Sumqayıtda yaşamış ermənilərdir. İrəvandan qovulmuş Azərbaycan türkləri də ora getmək üçün müraciət etməlidirlər”.