Ən qorxulu kosmos serialı: Yeni trillerin yaradıcısı danışdı

11:01 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Apple TV+-ın kosmosda çəkilmiş yeni seriyası “Constellation” o qədər qorxuncdur ki, hətta şounun prodüseri belə qalaktikalararası səyahətə dəvəti nəzakətlə rədd edə bilər.

Hafta.az-ın yazdığına görə, Piter Harness tərəfindən yaradılmış və yazılmış, Numi Rapacenin canlandırdığı astronavt Co haqqında 8 epizoddan ibarət psixoloji triller. Serialda Co kosmosdakı fəlakətin ardıyla Yerə qayıtdıqdan sonra həyatının mühüm hissələrinin əskik olduğunu kəşf edir.

Aksiya ilə dolu serial insan psixologiyasının qaranlıq tərəflərini araşdırır, eyni zamanda qadının itirdiklərini geri qaytarmaq səylərini izləyir.

“Daily Mail”ə danışan Harness, süjetə ilham verən hekayəni danışarkən, kosmosdan çox qorxduğunu, ancaq bir neçə gün qalacağı təqdirdə raketə minməyi düşünəcəyini etiraf edib.

Serialın mövzusuna ilham verən hadisəni izah edən Harness, "Bir dəfə İsveç meşələrində bir kabinədə tətildə idim və gecə çökərkən meşədə kiçik bir qızın anasını çağırdığını eşitdik. Bu, çox qorxulu, bir az qəribə idi, biz səsin haradan gəldiyini bilmirdik və heç vaxt öyrənə bilmədik. Amma bir neçə gecə bu səsi eşitdik və İsveçdə meşədə itən bu balaca qız haqqında nəsə yazmaq istədim. Sonra astronavtlar və onların Yerə qayıtmasının necə bir hiss olması haqqında da nəsə yazıb-yazmayacağımı söruşdular. Mən də bunun nə qədər çətin olması haqqında bir şey yazmaq istədim" deyib.

Britaniyalı ssenarist və dramaturq serialın mövzusunu belə ümumiləşdirib: "Bir ana var ki, kosmosda qapalı qalıb qızına çatmağa çalışır. Və nədənsə o qız meşədə azmış balaca qızdır...".

“Oppenheimer” filmində də rol almış Ceyms D'Arki  Yerə qayıdandan sonra dəyişmiş psixi vəziyyətini anlamağa çalışan Conun əri Maqnus rolunu oynayır.

48 yaşlı aktyor bütün ssenarini bir oturuşda oxuyanda şoka düşdüyünü etiraf edib və tamaşaçıların seriala aludə olacağını deyib.

D'Arki “Daily Mail”a açıqlamasında "Ssenariyi ilk dəfə əldə edəndə 8 seriyanın hamısını bir gündə oxudum və sona çatanda heyrətə gəldim" deyib.

İngilis aktyor sözünə davam edib: "Mən həqiqətən unikal bir şey oxuduğumu başa düşdüm. Bu, elmi fantastikadır, trillerdir, sui-qəsd dramıdır, həm də bir ailə işidir. Bu, varlığın təbiəti və reallıqla məşğul olmaq haqqında dərin düşüncələri əhatə edirdi".

“Constellation”ın ilk üç seriyası ilə dünya premyerası fevralın 21-də keçiriləcək. Sonra həftədə bir epizod martın 27-dək hər çərşənbə Apple TV+-da premyerası olacaq.