Bloomberg Milyarderlər İndeksinin məlumatına görə, rusiyalı milyarderlər ilin əvvəlindən bəri ümumi sərvətlərinə 17,8 milyard dollar əlavə ediblər.
Hafta.az-ın yazdığına görə, siyahıda yer alan 26 ən zəngin rus iş adamının ümumi aktivləri 351,6 milyard dollar olaraq müəyyən edilib.
Sərvət artımında birinci yerdə olan Andrey Melniçenko sərvətini 6,28 milyard dollar artıraraq 25,1 milyard dollara çatdırsa da, ən zəngin ruslar siyahısında altıncı yerdədir.
Ən böyük itkini təbii qaz istehsalçısı Novatek şirkətinin səhmdarı Gennadi Timçenko yaşayıb. Onun sərvəti 3,14 milyard dollar azalaraq 11 milyard dollar olub.
31 milyard dollarlıq sərvətlə zənginlər arasında birinci yerdə olan Vladimir Potaninin aktivləri ilin əvvəlindən 54,4 milyon dollar azalsa da, o, “ən varlı” titulunu qoruyub saxlayır.
Vahid Ələkbərov sərvətini 2,78 milyard dollar artımla 27,4 milyard dollara çatdırıb.
Vladimir Lisin sərvətini 1,84 milyard dollar artıraraq 25,8 milyard dollara, Aleksey Mordaşov isə 4,83 milyard dollar artıraraq 25,7 milyard dollara çatdırıb.
Sərvəti 2,19 milyard dollar itki ilə 25,3 milyard dollara qədər azalan ad isə Leonid Mixelsondur.