5-ci Tuwaiq Beynəlxalq Heykəl Simpoziumundan sonra açılan “Tuwaiq Sculpture 2024” sərgisi Ər-Riyadda sənətsevərlərlə görüşüb.
Hafta.az-ın yazdığına görə, “Hərəkətlərin ölçüləri” mövzusuna toxunan və 80 ölkədən 650-dən çox layihənin müraciət etdiyi simpoziuma bu il ən yaxşı 30 rəssam dəvət olunub.
Türkiyədən simpoziumda “Daşın rəqsi əsəri” ilə iştirak edən Muğla Sıtkı Koçman Universiteti Bodrum Gözəl Sənətlər Fakültəsi Heykəltəraşlıq Bölməsindən Dos. Canan Sönməzdağ Zöngür Ər-Riyad şəhərinin bədii transformasiyasına toxunaraq deyib: “Sənətə bu qədər dəstək və önəm vermələri məni çox təəccübləndirdi və sevindirdi. Məndə qalan müsbət təəssüratlar arasında şəhərdə incəsənət qalereyalarının, muzeylərin və “art rezidentura” proqramlarının olması, incəsənətlə bağlı panel və tədbirlərin təşkili, dünya şöhrətli kuratorlarla işləmək olub. Onu da qeyd edim ki, Ər-Riyadda son dərəcə nəzakətli və qonaqpərvər insanlarla rastlaşdım”.
Sərgi fevralın 24-dək ziyarətçilər üçün açıq olacaq.