Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək

23:52 28.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Böyün Britaniyaya səfər edəcək.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bilbidiriblər.

Məlumata əsasən, 30-31 oktyabr tarixlərində İtaliyaya baş tutacaq səfəri zamanı T.Ərdoğan "Böyük iyirmilik" (G20) sammitində iştirak edəcək.

Bildirilir ki, 1-2 noyabr tarixlərində isə dövlət başçısı Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Böyük Britaniyada səfərdə olacaq.