Ərdoğan Azərbaycana gələcək

11:11 08.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26-29 mayda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün Bakıya səfər edəcək.

Bu barədə hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktarla yanaşı, sənaye və texnologiya naziri Mustafa Varank da Azərbaycana gələcək.