Yazını böyüt
Yazını kiçilt
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüş keçirə bilər. Bu barədə “Aydınlık” qəzeti öz mənbələrinə istinadən yazır.
Prezident Ərdoğanın may ayında keçirilməsi gözlənilən 2023-cü il seçkilərindən əvvəl Suriya lideri ilə görüşə biləcəyi ehtimal edilir.
Nəşr onu da yazır ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və suriyalı həmkarı Feysəl Mikdad çərşənbə günü, yanvarın 11-də Moskvada görüşəcək. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı gözlənilir.