Ərdoğan Makronla görüşəcək

16:42 27.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

 

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacaq.

 

Görüşdə tərəflər Türkiyə-Avropa İttifaqı əlaqələri və Şərqi Aralıq dənizinin təhlükəsizliyi məsələsi başda olmaqla bir çox mövzularda müzakirə aparacaqlar.