Ərdoğan Rusiyada Putinlə görüşəcək

17:52 26.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiyaya səfər edəcək.

Hafta.az bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, səfər çərçivəsində R.T.Ərdoğan Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Xatırladaq ki, prezidentlər ötən həftə İranda üçtərəfli formatda görüş keçirmişdi.