Ərdoğan seçkilərin keçirilməsi ilə bağlı fərman imzalayacaq

12:47 27.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da və ya 11-də mayın 14-də keçiriləcək prezident və parlament seçkilərini rəsmən elan edəcəyi gözlənilir.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Bildirilir ki, həm Ərdoğan, həm də prezidentlə seçki ittifaqında olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı seçkilərin mayın 14-də keçirilməsinin zəruriliyi ilə bağlı həmfikirdirlər. Ölkədə baş verən dağıdıcı zəlzələlərə baxmayaraq, bu tarix hələ də gündəmdədir.

Seçkilərin tarixini elan etmək üçün konstitusiyaya görə ya parlamentin qərarı, ya da parlamentin təsdiqinə ehtiyac olmayan prezidentin ayrıca fərmanı lazımdır.