Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində bildirib ki, Rusiya və Ukrayna 200 hərbi əsir dəyişdirmək barədə razılığa gəliblər.
Hafta.az bildirir ki, Bunu dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Özbəkistanda rusiyalı həmkarı Vladimir Putinlə görüşünü şərh edərkən deyib.
Türkiyə liderinin sözlərinə görə, Putin Ukraynadakı xüsusi hərbi əməliyyatı tez bir zamanda başa çatdırmaq istəyir.
“Mənim təəssüratım budur, çünki indi hər şey olduqca problemli gedir. Tərəflərin əldə etdiyi razılaşmaya əsasən 200 məhbus dəyişdiriləcək. Düşünürəm ki, irəliyə doğru mühüm bir addım atılacaq”, – deyə Ərdoğan bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski demişdi ki, Kiyev yalnız Moskvanın ukraynalı hərbi əsirləri geri qaytaracağı təqdirdə Rusiya ammonyakının Ukrayna ərazisindən ixracına razı olacaq.