Ərdoğanla Pakistanın Baş naziri arasında telefon danışığı olub

23:09 27.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərdoğan Pakistana güclü musson yağışlarının səbəb olduğu sel fəlakəti ilə bağlı başsağlığı verib. Türkiyə lideri Pakistan xalqına hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1000-ə yaxınlaşıb.