Azərbaycanlılara qarşı soyqırımların əsas ideya müəllifi olan erməni kilsəsinin baş katalikosu II Qaregin yenidən qisasa, qan axıdılmasına rəvac verə biləcək sərsəm açsıqlamalar verib.
Hafta.az erməni mətbuatına istinadla bildirir ki, baş nazir Nikol Paşinyanın Madrid prinsiplərinə görə Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı bəyanatına toxunan katolikos deyib: “Biz inanmırıq ki, bu cür bəyanatlar məqsədəuyğundur və hər hansı şəkildə nizamlanmaya töhfə verə bilər. Biz tələsməməliyik, əksinə, Artsax xalqının öz müqəddəratını təyin etmək, müstəqil yaşamaq hüququnu hər cür şəkildə qorumalıyıq”.
Qarabağın Azərbaycanın bir hissəsi ola bilməyəcəyi ehtimalını görüb-görmədiyini soruşduqda II Qaregin belə cavab verib: “Mən Artsaxın Azərbaycanın bir hissəsi ola biləcəyini təsəvvür edə bilmirəm. Ermənilərin Artsax xalqının azad və müstəqil yaşamaq hüququnu verilən bütün fədakarlıqlar naminə müdafiə edəcəyinə də şübhəmiz yoxdur”.