Erməni silahlı dəstələri aralarında atışma olub - MN

23:47 14.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.

İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.

Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur.

Siyasət rubrikasından digər xəbərlər