Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsində hələ də tör-töküntüləri qalan separatçı-terrorçu erməni rejimi payızda bəzi “icmalar”da qanunsuz “yerli özünüidarəetmə orqanları”na saxta “seçki” keçirməyə hazırlaşır.
Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri məlumat yayıb.
Məlumata görə, rejimin qanunsuz “mərkəzi seçki komissiyası” dünən – avqustun 19-da keçirdiyi iclasda qanunsuz “seçkilər”in Xocalı rayonunun Xaçmaç, “Tsaxkaşat” adlandırılmış Qışlaq, Ağdam rayonunun Sırxavənd( “Nor Qazançi”) və Xocavənd rayonunun Qarqar (“Herher”) kəndlərində keçirilməsi haqda qərar verib. Qondarma “seçki”lər oktyabrın 10-a nəzərdə tutulub.