Ermənilər Azərbaycan torpağında yetişən taxılın kənara çıxarılmasına qadağa qoydu

18:57 05.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalan hissəsində həmin kontingentin himayəsində bəslənən separatçı-terrorçu erməni  rejimi torpaqlarımızın yeraltı və yerüstü sərvətləri barədə özbaşına qərarlar verməkdə davam edir.

Hafta.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu dəfə kriminal xunta Azərbaycan torpaqlarında yetişən taxılın kənara çıxarılmasına qadağa qoyub.

Belə ki,  Arayik Arutyunyanın başçılıq etdiyi  qondarma qurum “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” “qanun”un 11-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndini əsas gətirərək” buğda və arpa, o cümlədən buğda və arpa toxumlarının separatçı rejim “ərazisi”ndən “ixracını qadağan edib”.

Bu üzdəniraq “qərar”ın icrasına nəzarət rejimin qanunsuz “daxili işlər nazirliyi”nə və  “gəlirləri komitəsi”nə həvalə edilib.

Zəruri şərh:

Ümid edirik ki, tezliklə Azərbaycan dövləti Qarabağ iqtisadi rayonunun separatçı rejimin nəzarətində qalmış hissəsində də öz yurisdiksiyası və suverenliyini bərqərar edəcək və oradakı bütün yeraltı-yerüstü sərvətlərinə də sahib çıxacaq...

Oxunma sayı 600