Yazını böyüt
Yazını kiçilt
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azərbaycanlı əsgərlər itkin düşüb.
Hafta.az-ın məlumatına görə, erməni KİV itkin düşən azərbaycanlı əsgərlərdən birinin sosial şəbəkələrdə görüntülərini yayıb.
Görüntülərdə ermənilərin azərbaycanlı əsgərə döyərək işgəncə verdikləri açıq-aydın görünür.