Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur” deməsi təsadüfi deyil. Azərbaycan rəhbərliyi bütün məsələləri Rusiya rəhbərliyi ilə çoxdan həll edib...
Bu fikirləri hafta.az-a politoloq Tahir Cəfərli deyib.
Onun sözlərinə görə, bu saat Ermənistan tərəfi 1975-ci ildəki sərhədlərinə qayıdır. Maraqlısı budur ki, bu işdə də sülhməramlıların böyük rolu vardır:
"Yoxsa dığaları tutduqları yerdən çıxarmaq olardı?.. Laçın dəhlizinin açılması Zəngəzur dəhlizinin açılmasına dəlalətdir.
Siz Laçının Rusiya əsgəri tərəfindən necə adlandırdıqlarına fikir verirsiniz. Yaxşı olar ki, Laçında bir erməninin qalmadığından, Xankəndində bu saat vur-tut 15 mindən az erməni qaldığından danışın.Allah qoysa, onların biri də Qarabağda qalmayacaq...
Biz anlamaq istəmirik ki, Rusiya əsgərinin vecinə deyil, bu torpaq, Qarabağ kimindir və adı nədir, necə adlanır. Bizi Putinin, Lavrovun bu yerləri necə adlandırması düşündürməlidir. Mənşəyi erməni olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ağzına “Stepanakert” sözünü almır, Xankəndi deyir. Əsas elə budur...
Rusiya rəhbərləri ermənilərin əlindən yanıqlıdırlar. Onların Fransadan 2.5 milyard avro götürmələri və 10 Noyabr Üçtərəfli sazişə əməl etmək istəməmələri Rusiyanı hiddətləndirir. NATO öz qoşunlarını ermənilərin əliylə Ermənistana yerləşdirmək istəyir. Buna görə də onların analarını ağlar qoyacaqlar. Hər 100 ildən bir bu və ya digər fövqəldövlət ermənilərin qanını tökür, az qalır, dünyadan izlərini silsinlər. İndi növbə Rusiyanındır və bu prosesi heç kim dayandıra bilməz..."