Ermənistan daha bir bölgədə delimitasiyaya başlayır

10:59 19.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Geğarkunik rayonunda delimitasiya və demarkasiya işləri yaxın vaxtlarda başlayacaq.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, Geğarkunik qubernatoru Karen Sarkisyan bölgə sakinləri ilə görüşündə bu barədə danışıb.

O qeyd edib ki, regionda delimitasiya şəxsən onun nəzarəti altında aparılacaq.