Ermənistan KTMT XİN Şurasının iclasında təmsil olunmayacaq

23:12 21.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın nümayəndələri KTMT Xarici İşlər Nazirləri Şurasının noyabrın 22-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcəklər.

Hafta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, Ermənistan iclasda nazir müavini səviyyəsində də təmsil olunmayacaq.

Bundan əvvəl Ermənistan XİN məlumat vermişdi ki, xarici işlər naziri Ararat Mirzoyan KTMT çərçivəsində noyabrın 22-23-də Minskdə keçiriləcək görüşlərə getməyəcək.