Torpaq iddialarından əl çəkməyən bu xəstə təxəyyülü, faşist, təcavüzkar xalqın 200 il ərzində formalaşan düşüncələrini az müdətdə dəyişə bilməyəcəyik. Ona görə də Ermənistanın 4000-dən çox əsir, girov götürülən azərbaycanlılar haqqında məlumat verəcəyini gözləmirəm.
Bunu hafta.az-a Milli Məclisin deputatı Məlahət Həsənova bildirib.
Onun sözlərinə görə, Ermənistanın faşist ideologiyası ilə silahlanan liderləri təcavüzkarlıq siyasətini özlərinə peşə seçiblər.
“Biz onların Azərbaycana qarşı hansı düşmənçilik mövqeyində dayandığını son 30 il ərzində gördük. 44 günlük müharibədə Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməni işğalçılarının başına elə bir dəmir yumruq endirdi ki, bundan sonra dirçəlmələri çətin olacaq. Ancaq xaricdən idarə olunan revanşist erməni liderləri hələ də Azərbaycan torpaqları ilə bağlı sərsəm iddialarından əl çəkmirlər”.
M.Həsənova hesab edir ki, yenidən hakimiyyətə gətirilən Paşinyan Ermənistanı idarə edən təcavüzkar maraqlı idarəçilərin cəngindən çıxa bilmir.
“Mütləq qondarma Ermənistan dövlətinin rəhbərinə qarşı beynəlxalq təşkilatlar tərəfindən təzyiq olmalıdır. Bu 30 il müddətində o təşkilatların Ermənistana hansı münasibət sərgilədiyini gördüyümüz üçün yenə də bu işi özümüz görməliyik. Yenə də dəmir yumruq Ermənistanı haqqa çağırmalıdır”.
M.Həsənova bildirib ki, prezidentin əlində o 4000 azərbaycanılnın hər biri haqqında məlumat toplusu var.
“Biz o insanların haqqının məhz beynəlxalq məhkəmələr yolu ilə almalıyıq. Bunun üçün də işlər gedir. Ölkəmiz işğalda qaldığımız 30 il müddətində məsələni danışıqlar yolu ilə həll etmək istəyirdi. Nəhayət səbr tükəndi və nəticə bəllidir. İnidi də Ermənistanın düzgün yola gəlməsi üçün ona imkanlar verilir. Əks halda, beynəlxal məhkəmə, beynəlxalq tirbunal var. Azərbaycana qarşı hərbi cinayət törətmiş Ermənistan siyasətçiləri hərbi tirbunala verilməlidir. Biz bu yoldan əl çəkməyəcəyuk. Ölkə Prezidenti də Qarabağa vurulan zərərin, itkilərimizin əvəzinə təzminatın ödənilməsi ilə bağlı məsələni bütün çıxışlarında bildirib. Prezidentin Zəngəzurla bağlı verdiyi mesajlar dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar üçün ciddi bir siqnaldır. Ermənilər öz revanşist iddialarından əl çəkməyəcəklər, biz onları buna məcbur edəcəyik”.