Ermənistan "peşka"ya çevrilib - Erməni politoloq

14:48 19.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan dünya oyunçularının öz maraqlarına uyğun hərəkət etdiyi "peşka"ya çevrilib. Hafta.az bildirir ki, bunu siyasi strateq Karen Köçəryan sentyabrın 19-da jurnalistlərlə görüşündə şahmat taxtası ilə mövcud geosiyasi vəziyyətin analogiyasını çəkərək bildirib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti də daim günahkarları tapmağa çalışan piyonlardır. “Əlbəttə, Ermənistanda vəziyyət kifayət qədər ağırdır. Axı məlum oldu ki, region müxtəlif geosiyasi oyunçuların maraqlarının toqquşduğu bir növ yol ayrıcına çevrilib”, - deyə siyasi strateq bildirib.

Siyasət rubrikasından digər xəbərlər