Ermənistan Qərbin sanksiyalarına məhəl qoymur

10:00 21.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynaya qarşı işğalçı hərbi əməliyyata başlamadan öncə Rusiya Ermənistandan hər il cəmi 791 min dollarlıq avtomobil idxal etdiyi halda hazırda bu göstərici 228 dəfə artaraq 180,7 milyon dollara çatıb.

Hafta.az-ın yazdığına görə, Ermənistanın avtomobil bazarlarına baş çəkən “Financial Times” müxbirləri Qərb ölkələrindən alınan ikinci əl avtomobillərin təmir olunaraq Rusiyaya satıldığını yazır. Qəzetə danışan avtomobil bazarının nümayəndələri deyiblər ki, əvvəllər qalereyalardan alış-veriş edən rusiyalı müştərilər indi onlara BMW, Audi kimi markalar üçün gəlirlər.

Avropa İttifaqı Rusiyaya dəyəri 50 min avrodan çox olan avtomobillərin satışını qadağan edib. Çinlilərdən başqa bütün xarici brendlər Rusiya bazarından çıxarılıb.

Bildirilir ki, 2023-cü ilin birinci yarısında Rusiyada 2,8 milyon avtomobil satılıb ki, bunun da 401 mini yenidir.