Ermənistan Şuşanın tam itirildiyini etiraf etdi: Azərbaycan Ordusu Xankəndinin ətrafındadır

18:50 09.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşaya nəzarət tam itirilib, azərbaycanlı hərbçilər Xankəndinin ətrafındadır.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Dağlıq Qarabağda qondarma rejimin liderinin mətbuat katibi Vaqram Poqosyan öz "Facebook" səhifəsində yazıb: "Bu günə qədər təəssüf ki, bir uğursuzluq zənciri bizi izlədiyini və Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik".