Ermənistanda COVID-19-dan ölənlərin sayı 2800-ü ötüb

15:46 30.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda daha 582 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 158 878-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 10 nəfər artaraq 2 807-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 679-a yüksəlib. İndiyədək 141 844 pasiyent infeksiyadan sağalıb.