Ermənistanda COVID-dən 30 nəfər öldü

13:40 22.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada koronavirusa 272 yeni yoluxma qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumən Ermənistanda 334.347 nəfər koronavirusa yoluxub. Hazırda 18.150 nəfər müalicə olunur. 307.484 nəfər sağalıb, 7308 nəfər vəfat edib (son gündə 30 nəfər).

Daha 1405 nəfər koronaviruslu digər xəstəliklər ucbatından ölüb.

Ölənlərin ümumi sayı 8713 nəfərdir.