Ermənistanda daha 33 nəfər koronavirusdan ölüb

11:53 08.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 1202 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 269 874 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 33 ölüm halı qeydə alınıb. Bununla da indiyədək koronavirusdan ölənlərin ümumi sayı 5499 nəfərə çatıb.