Ermənistanda hərbçi ölüb

22:33 07.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Erməni hərbçi silahla davranış qaydalarının pozulması nəticəsində ölüb.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatının yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, noyabrın 7-də saat 04:20-də şimal-şərq istiqamətində yerləşən Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissəsinin döyüş mövqeyində müddətli xidmətdə olan hərbi qulluqçu, kiçik çavuş Qriqor Saakoviç Vardanyan (2001-ci il təvəllüdlü) silahla davranış qaydalarını pozması nəticəsində ölümcül yaralanıb. Faktla bağlı araşdırma aparılır.