Ermənistanda hökumət maşınları etirazçıların üzərinə hərəkət edib -VİDEO

13:50 24.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı toqquşma baş verib.

Hafta.az erməni mətbuatına istinadən xəbər verir ki, hökumət maşınları etirazçıların üzərinə hərəkət edib. Etirazçılar maşınlara qartopu atıb.

Aksiya zamanı saxlananların olduğu deyilir. Polislər aksiya iştirakçılarının qarşısını zor tətbiq etməklə alır.

Müxalifət nümayəndələri aksiyanın gün ərzində davam edəcəyini deyib.