Ermənistanda koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb

13:15 01.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 159 738 nəfərə çatıb

Hafta.az-ın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 329 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 2828 nəfərə çatıb. Sutka ərzində COVİD-19-a yoluxan 1 nəfər digər səbəblərdən həyatını itirib. Ümumilikdə Ermənistanda indiyə qədər koronavirusa yoluxub digər səbəblərdən həyatını itirənlərin sayı 685 nəfərdir.