Ermənistanda koronavirusa yoluxanların sayı 45 minə çatır

11:43 07.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 45 minə çatır. Son sutka ərzində daha 68 nəfərdə koronavirus aşkarlanıb və bununla ölkədə koronavirusa yoluxanların sayı 44 min 845-ə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ölkədə pandemiya qurbanlarının sayı daha 3 nəfər artaraq 900-ə çatıb.

Başqa səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 275 nəfərdir.

Hazırda Ermənistanda 5 min 359 aktiv koronavirus xəstəsi var.