Yazını böyüt
Yazını kiçilt
Ermənistanda koronavirusa yoluxanların sayı 44 649 nəfərə çatıb.
Hafta.az ölkənin KİV-lərinə istinadən xəbər verir ki, son sutka ərzində 188 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 4 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 895 nəfər koronavirusdan ölüb, 3 656 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.