Ermənistanda son sutkada COVİD-19-dan 44 nəfər ölüb

13:06 31.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 308 326 nəfərə çatıb.


Hafta.az-ın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 1 587 nəfər COVİD-19-a yoluxub, 44 nəfər ölüb.


Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 6328 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 4 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1295 nəfərə yüksəlib.