Ermənistanda zəlzələ qeydə alınıb

09:51 02.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda 6 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, yeraltı təkanların episentri Bavra kəndindən 13 km şimal-şərqdə, Gürcüstan ilə Ermənistanın sərhəd zonasında, ocağı isə 14 kilometr dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 4,6 olub.

Episentrdə yeraltı təkanların gücü 6 bal olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.