Ermənistanın təxribatı nəticəsində iki hərbiçimiz şəhid olub

20:43 05.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir.