“Əsrin müqaviləsi” siyasi münasibətlərdə “yol xəritəsi”ni müəyyən etdi” - Rəy

14:48 22.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümü tamam oldu. Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Məhəmmd Əsədullazadə 1994-cü il sentyabrın 20-də Azərbaycanla Böyük Britaniya və bir neçə qərb ölkələri arasında bağlanan bu müqavilənin çox böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, məhz müqavilədən sonra yenicə atəşkəsin əldə olunmasına nail olan Azərbaycanın siyasi mövqeyi bir qədər gücləndi.

“Azərbaycan “Əsrin müqaviləsi”ndən sonra enerji təhlükəsizliyi məsələsindən yaxşı istifadə edə bildi. Vaşinqtonun, Fransanın, digər qərb ölkələrinin Cənubi Qafqazdakı geoiqtisadi maraqlardan istifadə edərək özünün suverenliyi, təhlükəsziliyi istiqamətində siyasi dəstəyin alınmasına müvəffəq oldu. ” Əsrin müqafiləsi” iqtisadi layihə olsa da siyasi münasibətlərdə əsas “yol xəritəsi”ni müəyyən etdi. “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatı inkişaf elədi. Bu gün Azərbaycan Avropanın enerji təhlüksizliyində mühüm rol oynayır. Azərbaycan iqtisadiyyatının, ordunun inkişafı, məhz II Qarabağ müharibəsində qələbə çalmağımız neftdən gələn gəlirlər və bunun müqabilində qərb ölkələrinin neytrallığının təmin olunması ilə baş verdi. Bu gün “Əsrin müqaviləsi” qüvvədədir və Azərbaycan Qərb ölkələrinə TANAP, TAP layihələri ilə qaz ixrac edəcək. Bu onu göstərir ki, Azərbaycan 30 il qabaq imzaladığı sazişlərə sadiqdir. Bu Azərbaycanın etibarlılığının göstəricisidir. Bu gün Azərbaycanın mövqeləri beynəlxalq müstəvidə də güclənib. Avropa Azərbaycanla qaz sahəsində memarandum imzalayıb. Bu gün geoiqtisadi müstəvidə Azərbaycana olan diqqət və bağlanan yeni müqavilələr və dünya səviyyəli konfransların Azərbaycanda keçirilməsinə gedən yolun “Əsrin müqaviləsi”ndən sonra uğurlu start götürdüyüyü söyləsək yanılmarıq”.