Estoniyada 300-dən çox sovet abidəsi söküləcək

13:21 24.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Estoniyada hökumətin qərarı ilə təşkil olunan xüsusi işçi qrupunun hazırladığı siyahıdakı sovet abidələrinin əksəriyyəti söküləcək.

Hafta.az xəbər verir ki, işçi qrupunun rəhbəri Asko Kivinuk bunu ERR teleradio portalına deyib. “Dövlət dəftərxanasının işçi qrupunun hazırladığı siyahıdakı sovet abidələri qısa zaman ərzində söküləcək”, - deyə o bildirib.

Asko Kivinuk siyahıda olan 322 abidənin 133-nün hərbi qəbiristanlıqlarda quraşdırıldığını, onların dərhal söküləcəyini və məzarlardakı sovet əsgərlərinin yenidən dəfn olunacağını bildirib. İşçi qrupunun rəhbəri, həmçinin abidələrin əksəriyyətinin dağıdılacağını, bir hissəsinin isə muzeylərə göndəriləcəyini deyib.

İşçi qrupu ölkə hökumətinin “İşğal rəmzləri olan abidələrin Estoniyanın ictimai məkanından köçürülməsi haqqında” 4 avqust tarixli qərarına əsasən yaradılıb.

Oxunma sayı 1376