“Media haqqında mövcud dəyişiklik söz və medianın məhdudlaşdırılması deyil. Media anlayışına daxil olan subyektlərin məsuliyyətliliyini artırmaqdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi ilə bağlı bildirib.
Deputat qeyd edib ki, 78 qanuna əsasən Kütləvi İnformasiya Vasitələri sözü “Media” ilə əvəz olunub. O, medianın daha geniş anlayış olduğunu önə çəkərək, bu dəyişikliyi müsbət qiymətləndirib.
“Dünyanın media tədqiqatı instututları bu istiqamətdə araşdırmalar aparır. Azərbaycanda da belə institutlar yaradılmalı və səmərəliliyini artırmalıdır. Məqsəd məsuliyyətliliyi artırmaqdır”.