Ev heyvanları “Aeroflot”da sərnişin oturacağında səyahət edəcəklər

09:10 17.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın “Aeroflot” aviaşirkəti ev heyvanları ilə sərnişin oturacağında səyahət etməyə imkan verən təcrübəni daimi hala gətirir.

Hafta.az-ın yazdığına görə, yeni tətbiqə uyğun olaraq sərnişinlər ev heyvanları ilə salonda səyahət edə biləcəklər.

Heyvanlar xüsusi konteynerdə yan oturacaqda yerləşdirilə bilər.

Keçən ilin sonunda başlayan pilot tətbiqin böyük marağa səbəb olduğu və onun daimi olmasına qərar verildiyi bildirilir.

Oxunma sayı 32